“Sabah” klubu Murad Musayevi istefaya göndərəndən sonra hələ də baş məşqçi postuna təyinatı həyata keçirməyib.

Rusiya mətbuatının yazdığına görə, klubun danışıq apardığı məşqçilərdən biri də Aleksandr Kerjakovdur. Onun sonuncu klubu Serbiyanın “Spartak” klubu olub. Ötən ilin noyabrında isə klub rəhbərliyi Kerkakovu istefaya göndərib. Qeyd edək ki, Kerjakov Rusiyada “Tom”, “Nijni Novqorod”, həmçinin Kiprin “Karmiotissa” klublarında da çalışıb.